AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Ermənistan ekspedisiya korpusunun qüvvələrini bir neçə istiqamətdə məğlub edərək, Ağdərə rayonunun Zəylik, Canyataq, Sağ və Sol Gülyataq kəndlərini düşmənlərdən azad etmişlər.
İyulun 6-na keçən gecə döyüşçülərimiz Ağdərə rayonunun daha iki kəndini, Umudlu və İmarət Qərvəndi düşməndən təmizləmişlər.
QAZAXİyulun 6-na keçən gecə Bala Cəfərli, Böyük Cəfərli, Xanlıqlar, Qızılhacılı və Əskipara kəndləri Ermənistan ərazisindən ara-sıra atəşə tutulmuşdur.
İyulun 5-nə keçən gecə Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Ağdərə (keçmiş Mardakert) şəhəri üzərinə müzəffər yürüş etmişdir.
TOVUZİyulun 5-nə keçən gecə səhərədək rayonun Ağdam, Həsənli və Muncuqlu kəndləri Ermənistanın Berd rayonu ərazisindən atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələrinin bölmələri bu gün Ağdərə istiqamətində uğurlu döyüş əməliyyatları keçiriblər.
QAZAXSakitlikdir.
QUBADLIİyulun 3-də saat 13-dən başlayaraq rayonun Novlu kəndi Ermənistanın Gorus rayonu ərazisindən top atəşinə tutlmuşdur.
Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Ağdərə istiqamətində bu gün döyüş əməliyyatlarını genişləndiriblər.
QAZAXİyulun 3-nə keçən gecə rayonun Ermənistanla həmsərhəd kəndləri müxtəlif təyinatlı silahlardan atəşə tutulmuşdur.