Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 İyul 1992 00:00

Müdafiə Nazirliyinin məlumatı

QAZAX

Sakitlikdir.

TOVUZ

Rayonun Qarallar və Həsənli kəndləri gecə saat 22:00-dan 02:00-dək ermənilər tərəfədən atəşə tutulmuşdur. Təlafat yoxdur.

GƏDƏBƏY-QUBADLI

Sakitlikdir.

ZƏNGİLAN

Günqışlaq və Kollu-Qışlaq kəndləri ermənilər tərəfdən ara-sıra atəşə tutulub. Təlafat yoxdur.

FÜZULİ

Sakitlikdir.

CƏBRAYIL

Dünən saat 06:30-dan saat 19:30-dək rayonda vəziyyət gərginləşmişdir. Ermənilər Şaqax postundan Süleymanlı və Qışlaq kəndlərini “Qrad” tipli qurğulardan atəşə tutmuşlar. Atəş nəticəsində Süleymanlı kəndində  bir neçə ev dağıdılıb. 1 nəfər həlak olub və 4 nəfər yaralanıb. Qışlaq kəndində  isə 3 nəfər həlak olub, 8 nəfər yaralanıb.
Düşmənə bizim tərəfdən cavab atəşi açılmışdır. Ermənilərin bir neçə obyekti və atəş nöqtələri susdurulmuşdur.
Ermənilər tərəfdən atılan mərmilərdə kimyəvi maddələr olduğu aşkar edilmişdir.

AĞDAM

Dünən saat 11-12 radələrində Xanabad istiqamətində PDM-dən atəş açılmışdır. Cavab atəşi zamanı ermənilərin atəş nöqtəsi və bir PDM-i vurulmuşdur.
Bizim tərəfədən təlafat olmamışdır.

TƏRTƏR

Dünən saat 05:00-dan 18:00-dək Ağdərə ərazisində döyüş olmuşdur. Ermənilər döyüş vaxtı bütün silahlardan istifadə ediblər (tank, PDM, top və s.). Nəticədə bizimkilərdən 6 nəfər həlak olub, 7 nəfər isə yaralanıb.
Cavab atəşindən sonra ermənilərin atəş nöqtəsi susdurulmuşdur. Ermənilər tərəfdən təlafat çoxdur.