Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Tez-tez verilən suallar

Tez-tez verilən suallar

QEYD: Xahiş edirik tez-tez verilən suallara cavablar bölməsində olan mövzularla bağlı müraciət etməyəsiniz.

Azərbaycan Respublikasının müdafiə nazirinə necə müraciət etmək olar?

Azərbaycan Respublikasının müdafiə nazirinə aşağıdakı vasitələrdən istifadə edərək müraciət edə bilərsiniz:

1. Müdafiə Nazirliyinin rəsmi internet saytının müraciətlər bölməsinə daxil olmaqla:

 

http://mod.gov.az/az/muracietler-121/;


2. Poçt vasitəsilə: ünvan Az 1073, Bakı şəhəri, Parlament prospekti 3, müdafiə nazirinə

 

Müdafiə nazirinin qəbuluna yazılmaq istəyirəm. Nə edim?

Azərbaycan Respublikası Müdafiə Nazirliyində rəhbər vəzifəli şəxslərin qəbuluna yazılma hər gün saat 14.00-dan 18.00-dək (istirahət, bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) Bakı şəhəri, S.Vurğun küçəsi, 12. (“Sahil” metro stansiyasının yaxınlığında) ünvanında yerləşən Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində həyata keçirilir.
Əlavə məlumat almaq üçün göstərilən linkdən istifadə edə bilərsiniz: http://mod.gov.az/az/qebul-gunleri-122/
Əlaqə telefonu: (012) 498-21- 86

Müddətdən artıq həqiqi hərbi xidmətə daxil olmaq üçün nə etməliyəm?

Gizir və müddətdən artıq həqiqi hərbi xidmətə daxil olmaq arzusunda olan hərbi vəzifəlilər hərbi xidmət keçmək istədikləri Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinə və ya hərbi hissələrin komandanlığına müraciət edə bilərlər.

Belə ki, hərbi hissələrdə vakant vəzifələr olduqda və ixtisasçılara tələb olduğu hallarda müraciətlər nəzərə alınaraq hərbi vəzifəlilər həqiqi hərbi xidmətə qəbul ediləcəklər.

 

Məhkumluğu olan, əvvəllər əsgər, matros və çavuş vəzifələrində bağlaşma əsasında könüllü hərbi xidmətdə olarkən hərbi qulluqçuların şərəfini ləkələyən, nalayiq hərəkətlər törətdiyinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılan hərbi qulluqçuların təkrarən müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmaları üçün müraciət etməmələri xahiş olunur.

Xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışam, yenidən xidmətə daxil olmaq istəyirəm. Nə edim?

Xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılan hərbi qulluqçuların təkrarən müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmaları məqsədəuyğun hesab olunmur.

Əsgərliyə hara düşdüyümü necə öyrənə bilərəm?

Həqiqi hərbi xidmətə çağırış  Müdafiə Nazirliyi tərəfindən həyata keçirilmədiyinə görə  bu məsələ ilə əlaqədar qeydiyyatda olduğunuz rayonun Səfərbərlik və Hərbi Xidmətə Çağırış şöbəsinə və ya Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz. (http://seferberlik.gov.az/)

Əsgəri xidmətə getmək istəyirəm, nə edim?

Həqiqi hərbi xidmətə çağırış  Müdafiə Nazirliyi tərəfindən həyata keçirilmədiyinə görə  bu məsələ ilə əlaqədar qeydiyyatda olduğunuzu rayonun Səfərbərlik və Hərbi Xidmətə Çağırış şöbəsinə və ya Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz. (http://seferberlik.gov.az/)

Xəstəliklə əlaqədar olaraq mənə əlillik təyin edilməsi üçün nə etməliyəm?

Əlillik dərəcəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert komissiyaları tərəfindən müəyyən edilir.

Buna görə də Siz əlillik dərəcəsinin təyin edilməsi üçün qeydiyyatda olduğunuz rayonun Tibbi-sosial ekspert komissiyasına müraciət etməlisiniz.

Həlak olmuş hərbi qulluqçuların ailələrinə, əlillik qrupu təyin olunmuş hərbi qulluqçulara qanunla müəyyən edilmiş sığorta ödənişinin verilməsi üçün nə etməliyəm?

"Hərbi qulluqçuların dövlət icbari şəxsi  sığortası haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə müvafiq olaraq hərbi qulluqçuların sığortaçısı dövlət sığorta orqanıdır. Həmin Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2-ci bəndində Qanunun 3-cü maddəsində nəzərdə tutulmuş "dövlət sığorta orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasnın Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən həyata keçirilməsi müəyyən edilmişdir.

Bu səbəbdən də, həlak olmuş hərbi qulluqçuların ailələrinə qanunla müəyyən edilmiş sığorta ödənişinin verilməsi məsələsinə baxılması birbaşa Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin səlahiyyətindədir.

 

Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etməyiniz məqsədə müvafiqdir.

Həlak olmuş hərbi qulluqçuların ailələrinə qanunla müəyyən edilmiş sığorta miqdarı nə qədərdir?

“Hərbi qulluqçuların dövlət sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə müvafiq olaraq hər bir hərbi qulluqçu 11000 manat məbləğində sığorta edilir.

 

Həmin Qanunun 5-ci maddəsinin “a” bəndinə əsasən sığorta olunan (hərbi qulluqçu) həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldüyü və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildiyi halda onun vərəsələrinə sığorta ödənişi məbləğinin 100%-i miqdarında (11000 manat) ödənilir.

Hərbi xidmətə qəbul olunmanın son yaş həddi neçədir?

Həqiqi hərbi xidmətə qəbul barədə elektron müraciətə cavab olaraq bildiririk ki, "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 26-cı maddəsinin "a" bəndinə əsasən əsgərlərin, matrosların və çavuşların müddətdən artıq həqiqi hərbi xidmətinə - qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlərdən, gizirlərdən və miçmanlardan başqa), habelə 19 yaşından 40 yaşınadək qadınlar qəbul edilə bilərlər.

 

-         26-cı maddənin b bəndinə əsasən isə gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə - azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlərdən başqa), habelə 19 yaşından 40 yaşınadək qadınlar qəbul edilə bilərlər. 

Atamın müharibədə iştirakı haqda arxiv arayışı almaq üçün nə etməliyəm?

Atanız xidməti ilə əlaqədar arxiv arayışı almaq üçün hansı illərdə hansı hərbi hissələrdə xidmət etdiyi göstərilməklə Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə müraciət etməyiniz məqsədəuyğundur. Ünvan: Bakı şəhəri, Biləcəri qəsəbəsi.

Əşya əmlakı əvəzinə pul kompensasiyası almaq üçün nə etməliyəm?

     Müdafiə Nazirliyinə göndərdiyiniz elektron müraciətə cavab olaraq bildiririk ki, əşya  əmlakı əvəzinə pul  kompensasiyası almaq üçün müvafiq sənədləri ərizə ilə birlikdə yalnız poçt vasitəsilə Bakı şəhəri, Biləcəri qəsəbəsi, Natavan 1  Müdafiə Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsi Arxa Cəbhə İdarəsinin Əşya Xidməti ünvanına göndərməyiniz xahiş olunur.

    Ərizə forması aşağıda göstərilib.

    Qeyd_1: Lazım olan sənədlər ərizə formasında göstərilmişdir.

    Qeyd_2: 3-cü bənddə göstərilən, ordu sıralarından tərxis (istefa) olunma tarixini təsdiq edən sənədi aşağıdakılardan biri vasitəsilə göndərə bilərsiniz:

    a) Ehtiyatda olan zabitin şəxsi vəsiqəsinin şəkil və müdafiə nazirinin hansı əmri ilə tərxis olunma haqda məlumatlar olan səhifələrinin kserosurətləri (notariusda təsdiq olunmaq şərtilə);

    b) Hərbi hissə komandirinin tərxis olunma haqda əmrindən çıxarış;

    c) Qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon/şəhər şöbəsindən xidmət və tərxis olunma barədə arayış.

 

MÜDAFİƏ  NAZİRLİYİ  ƏŞYA  ƏMLAKI
ƏVƏZİNƏ   PUL   KOMPENSASİYASININ
TƏMİNİ ÜZRƏ KOMİSSİYANIN SƏDRİNƏ
      
__________________________________________
                           (ünvan)
__________________________________________

yaşayan ___________________________________
                  (soyadı,adı, atasının adı)
ev telefonu_________________________________

mobil telefonu _____________________________
tərəfindən


Ərizə

Yazıb Sizdən xahiş edirəm ki, _______ ilin _________________ayında ______ nömrəli hərbi hissədən təxris olunarkən almadığım əşya əmlakı əvəzinə pul kompensasiyasının araşdırılaraq mənə ödənilməsi üçün köməklik göstərəsiniz.


Qoşma:

1. _____ saylı hərbi hissə tərəfindən verilmiş alınmayan əşya əmlakı
əvəzinə pul kompensasiyası üçün ___  №li _________________ il tarixli  arayışın əsli – 1(bir) nüsxə.
2. Şəxsiyyət vəsiqəsinin notariat  qaydada təsdiq olunmuş kserosurəti –  1(bir)  nüsxə.
3. Ordu sıralarından tərxis (istefa) olunma tarixini təsdiq edən sənəd –1(bir) nüsxə.
4. Beynəlxalq Bankda açılmış cari hesab nömrəsi.


«____» ______________ 20___           İmza:

Ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın hesablanması və ödənilməsi qaydaları barədə məlumatı hardan və necə əldə edə bilərik?

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun qərarı ilə 1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın hesablanması və ödənilməsi qaydaları təsdiq olunub.

Qərarın tələblərinə əsasən sənədlərin toplanması, kompensasiya məbləğinin hesablanması və ödənilməsi işinin təşkili məsul vəzifəli şəxslərdən yaradılan müvafiq komissiyalar tərəfindən həyata keçiriləcək.

İstifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanı almaq üçün hərbi qulluqçu ərizəni yalnız poçt rabitəsi xidmətləri vasitəsilə həqiqi hərbi xidmətdən buraxılarkən xidmət etdiyi hərbi hissə və ya müəssisəyə, hərbi hissə ləğv edilmişsə onun tabeliyindəki yuxarı idarəetmə orqanına göndərməlidir.

 

Əlavə məlumat əldə etmək üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz:

 

 

http://mod.gov.az/az/news/ehtiyata-ve-istefaya-buraxilmis-herbi-qulluqcularin-mezuniyyet-evezine-pul-kompensasiyasi-qaydalari-11164.html

 

Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmək üçün nə etməliyəm?

Siz yalnız hərbi hissədə xidmət etdiyiniz müddət ərzində Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmək istəyinizi hərbi hissə komandanlığına bildirərək seçim zamanı tələblərə cavab verdiyiniz halda Xüsusi Təyinatlılara qəbul oluna bilərsiniz.

"Müharibə veteranı" adı və vəsiqəsini almaq üçün nə etməliyəm?

"Müharibə veteranı" adı və vəsiqəsinin verilməsi üçün döyüşlərdə iştirakınızı təsdiq edən sənədləri (hərbi biletin bütün səhifələrinin notarial qaydada təsdiq edilmiş surətini və ya SHXÇDX-nin hərbi xidmət haqqında arayışı, şəxsiyyət vəsiqəsinin surətini, əgər varsa hərbi xidməti haqqında arxiv arayışını və s. sənədləri) hansı hərbi hissələrdə nə vaxt xidmət etdiyinizin qeyd olunduğu ətraflı ərizənizlə Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"ya göndərməyiniz tələb olunur.
Əlavə olaraq bildirək ki, arxiv arayışı olmadığı təqdirdə komissiya tərəfindən sorğular edilərək müvafiq arayışlar alınır.
Barələrində məhkəmə və prokurorluq orqanlarının qərarları olduğu təqdirdə onların, yaralanma, xəsarət və travma almış şəxslər isə müayinə və müalicə haqqında müvafiq sənədlərin surətlərini də əlavə etməlidirlər.

Ünvan: Bakı şəhəri, Parlament prospekti 3

Ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçular müvəqqəti mənzil kirayəsi xərclərini necə ala bilər?

“Ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçuların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarına uyğun olaraq yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış zabitlərə, gizirlərə və miçmanlara mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi əvəzinə pul kompensasiyasının ödənişi yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.