Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və BQXK arasında aşağıdakı istiqamətlərdə əməkdaşlıq aparılır:
• Azərbaycan Ordusunun Beynəlxalq Humanitar Hüquqa (BHH) dair tədris vəsaitləri ilə təmin edilməsi;
• Xüsusi təhsil müəssisələrində BHH-yə dair mühazirələrin təşkili;
• Azərbaycan Ordusununun hərbi qulluqçuları ilə BHH mövzusunda təlim və kursların keçirilməsi, onların regional və beynəlxalq kurslarda iştirakına imkanın yaradılması;
• Ermənistanla beynəlxalq sərhəd boyu yerləşən yaşayış məntəqələrində dinc əhalinin vəziyyətinin monitorinqinin aparılması, eləcə də müvafiq hümanitar xarakterli layihə və tədbirlərin həyata keçirilməsi.