Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Beynəlxalq Ordu Oyunları

Beynəlxalq Ordu Oyunları

2015-ci ildən etibarən Azərbaycan Ordusu Beynəlxalq Ordu Oyunlarında iştirak etməyə başlayıb. Bu günə qədər Azərbaycan Ordusunun hərbi qulluqçuları aşağıda göstərilən yarışlarda iştirak etmişdir:
1. Tank biatlonu
2. Snayper həddi
3. Hərbi tibbi estafet
4. Səhra mətbəxi
5. Artilleriya atəşinin ustaları
6. Dəniz kuboku
“Dəniz Kuboku” müsabiqəsi bir qayda olaraq Azərbaycan Respublikası ərazisində keçirilir. Azərbaycan nümayəndələri “Dəniz Kuboku” yarışında 3 dəfə birinci yerə, "Artilleriya atəşi ustaları" və "Səhra mətbəxi" 3-cü, 2019 və 2020-ci illərdə isə "Tank Biatlonu" yarışında ən güclü komandalar arasında 4-cü yerə çıxmışdır.
2021-ci ildə Azərbaycan hərbçiləri "Beynəlxalq Ordu Oyunları - 2021" yarışları çərçivəsində Rusiyada "Tank biatlonu" və "Mədəniyyət Ordusu", İran İslam Respublikasında "Dəniz kuboku" və Qazaxıstanda "Artilleriya atəşinin ustaları" müsabiqələrində uğurla iştirak etmişlər.
Belə ki, HDQ-nin G-122 və G-124 gözətçi gəmiləri ilə qatılan “Dəniz Kuboku” yarışında komandamız üçüncü yerə, doqquz ölkəni təmsil edən artilleriyaçıların iştirak etdiyi "Artilleriya atəşi ustaları" müsabiqəsində komandamız üçüncü yerə, "Tank biatlonu" müsabiqəsində 19 ölkə arasında dördüncü yerə layiq görülüblər.
13-27 avqust 2022-ci il tarixləri arasında Rusiya Federasiyası Müdafiə Nazirliyinin təşkilatçılığı ilə “Beynəlxalq Ordu Oyunları – 2022” çərçivəsində Rusiya Federasiyasında keçiriləcək “Tank biatlonu”, Qazaxıstan Respublikasında “Artilleriya atəşinin ustaları” və İran İslam Respublikasında “Snayper Həddi” və Azərbaycan Respublikasında (su hövzələrində)  “Dəniz Kuboku”  müsabiqələrində Azərbaycan Ordusunun komandaları iştirak etmişdir.
13-27 avqust 2022-ci il tarixlərində yenidən Bakı şəhərində keçirilmiş “Dəniz kuboku”nda Azərbaycan və Rusiya Federasiyasının komandaları bərabər xal toplayaraq birinci yerə layiq görülmüşlər
Həmin tarixlərdə Rusiya Federasiyasında keçirilmiş “Tank Biatlonu” yarışında isə Azərbaycan komandası 6-cı yeri tutmuşdur, Qazaxıstan Respublikasında keçirilmiş “Artilleriya atəşinin ustaları yarışında Azərbaycan komandası 3-cü yeri tutmuşdur və İran İslam Respublikasında keçirilmiş “Snayper Həddi” yarışında isə Azərbaycan komandası 5-ci yeri tutmuşdur.
Azərbaycan Ordusu nümayəndələrinin iştirak etdiyi yarışların sayı ildən ilə artır.