Müxtəlif dövlətlərin maraqlarının kəsişmə məkanında, Şərqlə Qərb arasında, Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqaz kimi mürəkkəb geosiyasi regionda yerləşən və zəngin enerji ehtiyatlarına malik Azərbaycan Respublikasının dinc və müharibə (silahlı münaqişə) dövründə hərbi təhlükəsizliyinin təmin olunmasında, həmçinin xarici dövlətlərin hərbi qurumları ilə və beynəlxalq təşkilatlarla qarşılıqlı maraqlar çərçivəsində tərəfdaşlıq münasibətlərinin qurulmasında Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq fəaliyyətinin rolu xüsusi əhəmiyyətə malikdir.
Beynəlxalq hərbi əməkdaşlıq fəaliyyəti Xarici İşlər Nazirliyi və digər aidiyyəti dövlət orqanları, xidmət, idarə, təşkilat və müəssisələri ilə əlaqəli şəkildə, Azərbaycan Respublikasının müdafiə və xarici siyasət kursuna müvafiq olaraq həyata keçirilir. Beynəlxalq hərbi əməkdaşlıq Müdafiə Nazirliyinin hərbi, hərbi təhsil, hərbi-siyasi və hərbi-texniki sahələrdə xarici dövlətlərin hərbi qurumları və beynəlxalq təşkilatlarla ikitərəfli və çoxtərəfli formatda həyata keçirdiyi kompleks fəaliyyətlərdir.
Beynəlxalq hərbi əməkdaşlığın həyata keçirilməsinin əsas istiqamətləri:
• Region ölkələri və regiondan kənar ölkələrlə ikitərəfli və çoxtərəfli əməkdaşlıq;
• Avro-Atlantik strukturlarla əməkdaşlıq;
• Beynəlxalq təşkilatlarla və xarici dövlətlərin müdafiə təsisatları ilə əməkdaşlıq.
Beynəlxalq hərbi əməkdaşlığın məqsəd və tapşırıqları:
Beynəlxalq hərbi əməkdaşlığın məqsəd və tapşırıqları Azərbaycan Respublikasının milli maraqları, onun müdafiə və xarici siyasəti ilə müəyyən olunur.
Beynəlxalq hərbi əməkdaşlığın məqsədləri:
• Müdafiə Nazirliyinin fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi imkanlarının araşdırılması;
• Xarici dövlətlərin hərbi qurumları və beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi;
• Beynəlxalq və regional təhlükəsizliyə töhfə verilməsi;
• Döyüş qabiliyyətinin inkişaf etdirilməsi və tərəfdaş xarici dövlətlərin Silahlı Qüvvələri ilə qarşılıqlı uzlaşmanın təmin edilməsi;
• Beynəlxalq aləmdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi-siyasi mövqeyinin gücləndirilməsinə töhfə verilməsi.
Beynəlxalq hərbi əməkdaşlığın tapşırıqları:
• Azərbaycan Respublikasının suverenliyi, müstəqilliyi, ərazi bütövlüyünün qorunması və sərhədlərinin toxunulmazlığının təmin olunması üzrə xarici dövlətlərin və nüfuzlu beynəlxalq təşkilatların dəstəyinə nail olunmasında iştirak etmək;
• Azərbaycan Ordusunun inkişafına, milli, beynəlxalq və regional təhlükəsizliyə töhfə verilməsi məqsədilə xarici dövlətlərin hərbi qurumları və beynəlxalq təşkilatlarla müdafiə məsələləri üzrə bütün zəruri istiqamətlərdə və sahələrdə əməkdaşlıq etmək və onu inkişaf etdirmək;
• xarici dövlətlərin hərbi təsisatları və beynəlxalq təşkilatlarla birgə həyata keçirilən elmi-tədqiqat işlərində iştirak etmək;
• “Avropada Adi Silahlı Qüvvələr haqqında” 1990-cı il Müqaviləsi və “Etimadın möhkəmləndirilməsi və təhlükəsizlik tədbirləri üzrə danışıqlar haqqında” 2011-ci il Vyana Sənədinə əsasən inspeksiya fəaliyyətlərində iştirak etmək;
• Böhranların və silahlı münaqişələrin qarşısının alınması, idarə olunması, həll olunması, nəticələrinin aradan qaldırılması və nizamlanmasında habelə sülhməramlı əməliyyatların həyata keçirilməsində dünya birliyi və beynəlxalq təhlükəsizlik strukturları ilə əməkdaşlıqda iştirak etmək;
• Azərbaycan Respublikasının hərbi təhlükəsizliyinə yönəlmiş təhdidlərə qarşı mübarizə səylərinin əlaqələndirilməsində iştirak etmək.
Beynəlxalq hərbi təlimlərdə iştirak:
2022-ci il ərzində Azərbaycan Ordusunun şəxsi heyəti ikitərəfli, çoxtərəfli və çoxmillətli regional və beynəlxalq səviyyədə keçirilən müxtəlif təyinatlı taktiki və kompüter dəstəkli hərbi təlimlərdə iştirak edib:
Azərbaycan Respublikasında:
- “TurAz qartalı-2022”
- “Qardaş Yumruğu”
- “Qardaş Ayulduz Təlimi-2022/1”
Türkiyə Respublikasında:
- “Sarsılmaz Qardaşlıq-2022”
- “Heydər Əliyev-2022“
- “Sualtı hücum (SAH) və sualtı müdafiə təlimi (SAM)”
- “Eternity-2022”
- “EFES-2022”
- “Anadolu Ankası-2022”
- “Anadolu Qartalı-2022”
- “KURTARAN-2022”
- “Sonsuz Qardaşlıq-I”
Gürcüstanda:
- “Noble Partner-2022”
- “NATO-Georgia-2022”
- “Qafqaz Qartalı-2022”
Rusiya Federasiyasında
- “ŞƏRQ-2022”
Bolqarıstan Respublikası:
- Eurasia Partnership Shiphandling 2022
Rumıniya Respublikası
- EP MCM/DIVE 22
Polşa Respublikası
- CWIX 22
- Loyal Leda 2022
Norveç Krallığı
- Steadfast Jackal 2022
İtaliya Respublikası
- Steadfast Cobalt 2022
Mərakeş Krallığı
- REGEX 2022