Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 İyul 1992 00:00

Müdafiə Nazirliyinin məlumatı

QAZAX

İyulun 3-nə keçən gecə rayonun Ermənistanla həmsərhəd kəndləri müxtəlif təyinatlı silahlardan atəşə tutulmuşdur. Düşmənə cavab atəşi açılmışdır.


TOVUZ

İyulun 2-dən 3-nə keçən gecə rayonun Ağdam kəndi Ermənistanın Berd rayonu ərazisindən atəşə tutulmuşdur. Nəticədə 1 nəfər bizimkilərdən yaralanmışdır.
 

KƏLBƏCƏR

Rayonun Söyüdlü nəzarət məntəqəsi Ermənistan ərazisindən fasilələrlə atəşə tutulur.


QUBADLI

İyulun 3-də  gecə saat 2-dən 3-dək rayonun Novlu kəndi Ermənistanın Gorus rayonu ərazisindən top atəşinə tutulmuşdur.


CƏBRAYIL

İyulun 3-də səhər rayonun Süleymanlı və Qışlaq kəndləri keçmiş Hadrut rayonu ərazisindən “Qrad” tipli qurğulardan atəşə tutulur. Şəhərə 4 mərmi düşmüşdür. Nəticədə bizimkilərdən 4 nəfər yaralanmışdır. Ermənistan Silahlı Qüvvələri əsgərlərimizin tutduğu mövqelərə hücum etməyə cəhd göstərirlər. Döyüşçülərimiz düşmənin həmlələrini dəf edirlər.

Gədəbəy, Ağstafa və Zəngilan bölgələrində sakitlikdir.