Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Ağdərə istiqamətində bu gün döyüş əməliyyatlarını genişləndiriblər. Döyüşçülərimiz Qarmiravan və Cerabert kəndlərində məskunlaşan erməni silahlı birləşmələrini darmadağın edərək, keçmiş Mardakert rayonuna tərəf gedən yol açılmışdır.
Uğurlu döyüşlər gedir. Düşmən geri çəkilir.
Əsgəran tərəfə cəmləşən erməni silahlı birləşmələrini dünən Xramort kəndinə hücuma keçmişlər. Milli Ordunun əsgərləri fədakarlıqla bu hücumun qarşısını almış, düşmənin 1 tank və 1 piyadaların döyüş maşınını vurub məhv ediblər. 2 erməni əsgəri öldürülüb.
Bu gün saat 17-dən sonra ermənilər yenidən Xramort kəndini Xanabat səmtindən atəşə tutublar. Döyüşçülərimiz düşməni cavab atəşi ilə susdurub.
İyulun 3-nə keçən gecə və bu gün Cəbrayıl rayonunun Süleymanlı və Qışlaq, Füzuli rayonunun Qacar, Aşağı Divanallar və Dilağarda kəndləri düşmənin atəşinə məruz qalıb. Şaqax istiqamətində döyüşlər gedir.
Respublikamızın sərhəd bölgələrində əvvəlki kimi vəziyyət gərgindir. Dünən gecə Qazax, Tovuz, Kəlbəcər və Qubadlı rayonlarının Ermənistanla sərhəd kəndləri müxtəlif təyinatlı silahlardan atəşə tutulub.
İyulun 3-də saat 14-dən 15-dək Naxçıvan Muxtar Respublikasının Ordubad rayonundakı Kilid kəndi və Sədərək rayonu Ermənistan ərazisindən avtomat və pulemyotlardan atəşə tutulub. Bütün istiqamətlərdə Milli Ordunun bölmələri düşməni cavab atəşi açaraq susdurub.