Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 İyul 1992 00:00

Müdafiə Nazirliyinin məlumatı

TOVUZ

İyulun 5-nə keçən gecə səhərədək rayonun Ağdam, Həsənli və Muncuqlu kəndləri Ermənistanın Berd rayonu ərazisindən atəşə tutulub.

GƏDƏBƏY


Ermənistanın Krasnoselsk rayonu və Başkənd ərazisində düşmənin zirehli texnikası  və canlı qüvvələri cəmləşir.

ZƏNGİLAN


İyulun 5-nə keçən gecə rayonun Yuxarı və Aşağı Yeməzli kəndləri, Şükürataz mövqeyi Ermənistan ərazisindən toplardan və zirehli texnikalardan atəşə tutulub. Düşmənə cavab atəşi açılıb.

CƏBRAYIL


Rayonda nisbi sakitlikdir. Sur kəndinin müdafiə mövqeləri möhkəmləndirilir. Şayax yüksəkliyinə doğru ermənilər yol çəkirlər.

FÜZULİ


Nisbi sakitlikdir. Ermənilərdən təmizlənmiş mövqelər qorunur.

AĞDAM

Dünən gecə saat 1-dən başlayaraq Ağdam şəhəri, Əhmədavar, Çuxurməhəllə, Xoramort, Şelli və Naxçıvanik kəndləri “Qrad” qurğularından, toplardan və zirehli texnikalardan atəşə tutulub. Ermənilər Naxçıvanikə hücuma keçmişlər. Milli Ordunun döyüşçüləri cavab atəşilə düşməni susduraraq geri çəkilməyə məcbur etmişlər.

AĞDƏRƏ

İyulun 5-nə keçən gecə Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Ağdərə rayonunun mərkəzinə daxil olaraq Ağdərəni düşmənlərdən azad etmişlər. Meçeşen və Möhrətağ kəndləri azad edilmişdir. Aşağı Oratağ kəndində döyüşlər gedir.

KƏLBƏCƏR

Ağdərə istiqamətində hücum əməliyyatlarını genişləndirərək bu gün Aterk kəndini düşmənlərdən təmizləmişlər. İmarət-Qərvənd istiqamətində döyüşlər gedir.

Qazax, Qubadlı və Laçın bölgələrində sakitlikdir.