AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Yuxarı Qarabağın Ağdərə bölgəsində vəziyyət ağır olaraq qalır.
KƏLBƏCƏRAğdərə bölgəsinin Çapar və Aterk məntəqələrindən Ağdaban kəndi “Qrad” qurğularından, top, tank və minaatanlardan atəşə tutulmuşdur.
QUBADLIAxşam Səfiyan, Güləbird kəndlərinə minaatanlardan, tanklardan atəş açıblar.
Ermənilərin Ağdərənin bir neçə kəndlərini zəbt etməsinə baxmayaraq, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri onlara tutduqları mövqelərdə möhkəmlənməyə imkan vermir, daima artilleriya atəşi altında saxlayırlar.
TƏRTƏRDəqiq məlumat yoxdur.
Yuxarı Qarabağın Ağdərə bölgəsində erməni ekspedisiya korpusunun hissələrinin hücumlarının qarşısı Azərbaycan Ordusu tərəfindən alınıb.
Yuxarı Qarabağın Ağdərə bölgəsində məğlubiyyətə uğrayan düşmən qüvvələri necə olursa olsun hərbi üstünlüyü ələ keçirməyə çalışır.
AĞDƏRƏErmənilər Möhrətaq kəndinə hücuma keçiblər.
Yuxarı Qarabağda və bitişik bölgələrdə döyüşlər səngimir.
ZƏNGİLANİyulun 28-nə keçən gecə rayonun Kollu, Yuxarı Yeməzli, Quyudərə, Ağbiz, Seyidlər kəndləri Ermənistanın Qafan rayonu ərazisindən toplardan, PDM-dən və iriçaplı pulemyotlardan atəşə tutulub.