Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 İyul 1992 00:00

Müdafiə Nazirliyinin məlumatı

ZƏNGİLAN

İyulun 28-nə keçən gecə rayonun Kollu, Yuxarı Yeməzli, Quyudərə, Ağbiz, Seyidlər kəndləri Ermənistanın Qafan rayonu ərazisindən toplardan, PDM-dən və iriçaplı pulemyotlardan atəşə tutulub. Tələfat olmamışdır.

QUBADLI

İyulun 28-nə keçən gecə rayonun Saldaş, Çərəli, Göyyal kəndləri Ermənistanın Qafan rayonu ərazisindən toplardan, “Qrad” tipli qurğulardan atəşə tutulub. Bir neçə ev dağıdılıb. 20 hektar taxıl yanıb. Bir qadın şəhid olub. Gorus istiqamətindən Laçının sərhəd kəndləri də atəşə məruz qalıb.

FÜZULİ

İyulun 28-nə keçən gecə rayonun Dövlətyarlı kəndi və Füzuli şəhəri keçmiş Hadrut rayonun Ağbulaq, Edilli, Düdükçü kəndləri istiqamətindən “Qrad” tipli qurğulardan və toplardan atəşə tutulub.

TƏRTƏR

Ağdərə bölgəsinin Sərsəng su anbarının ətrafında yerləşən bir neçə yaşayış məntəqələrində şiddətli döyüşlər davam edir. Erməni birləşmələrinin  hücumunun qarşısı alınır. Buna baxmayaraq vəziyyət gərgin olaraq qalır.

NAXÇIVAN

Sədərək qəsəbəsi və Şahbuz rayonunun Batabat kəndi Ermənistan ərazisindən atəşə tutulur.

AĞDAM

İyulun 28-nə keçən gecə rayonun Şelli, Xramort, Abdal, Gülablı kəndləri Əsgəran istiqamətindən müxtəlif təyinatlı silahlardan atəşə tutulmuşdur. Təlafat olmamışdır.

Cəbrayıl, Kəlbəcər, Qazax, Tovuz, Ağstafa bölgələrində sakitlikdir.