KƏLBƏCƏR
Ağdərə bölgəsinin Çapar və Aterk məntəqələrindən Ağdaban kəndi “Qrad” qurğularından, top, tank və minaatanlardan atəşə tutulmuşdur. 2 nəfər həlak olub, 14 nəfər yaralanıb (könüllülər arasında fərarilik var). Təcili yardım maşınları çatışmır. Rayon rəhbərliyi fəaliyyətsizlik göstərir.
Laçın şəhərinin 10 km şimal qərbindəki Qoçaz məntəqəsində baş verən döyüşdə düşmənin 17 nəfər əsgəri məhv edilmiş, 1 nəfəri isə əsir alınmışdır. Döyüşçülərimizdən 7 nəfər şəhid olmuşdur. Laçın dəhlizindən Yuxarı Qarabağa texnika gətirilməsi davam edir. Goranboy və Ağdərədən qaçanlar Ermənistana buraxılmır, onlar Laçın dəhlizinin ətrafındakı kəndlərə yerləşdirilir.
AĞDƏRƏ
Ağdərə rayon ətrafında ağır döyüşlər gedir. Nerkin, Orataq döyüşçülərimizin əlindədir (Kasapet, Möhrataq, Metsşen, Maqavuz ermənilərin əlinə keçib).
AĞDAM
Papravənd kəndi Kasapet və Möhrataq məntəqələrindən toplardan, minaatanlardan atəşə tutulur. Düşmənə layiqli cavab verilir.
Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Füzuli, Cəbrayıl, Qubadlı bölgələrində nisbi sakitlikdir (Zəngilan və Naxçıvan MR-sı ilə əlaqə yoxdur).
TƏRTƏR
Aşağı Orataq, Dəmirli, Maqavuz kəndlərinə bizimkilər nəzarət edirlər. Metsşen, Möhrataq, Kasapetdə döyüşlər gedir (10 nəfərə qədər itkimiz olub).