Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 İyul 1992 10:00

Müdafiə Nazirliyinin məlumatı

TƏRTƏR

Dəqiq məlumat yoxdur. Lakin ermənilərin hücumunun qarşısı alınır, şiddətli döyüşlər davam edir. Ermənilər Ağdərəyə daxil ola bilməyiblər. Güman var ki, axşama qədər vəziyyət bir qədər düzələr və itirilən kəndlər geri qaytarılar (yaxın günlərdə).

AĞDAM

İyulun 30-na keçən gecə rayonun Abdal, Gülablı, Əhmədavar, Çuxurməhlə kəndləri Təkil, Miri və Xanabad istiqamətlərindən müxtəlif təyinatlı silahlardan atəşə tutulub. Təlafat yoxdur.

CƏBRAYIL


İyulun 30-na keçən gecə Quşçular, Daşbaşı, Sur kəndləri keçmiş Hadrut rayonu istiqamətlərindən atəşə tutulmuşdur. Təlafat yoxdur.

ZƏNGİLAN

İyulun 30-na keçən gecə rayonun Şükürataz və Yuxarı Yeməzli kəndləri Ermənistanın Mehri və Qafan rayonlarının ərazisindən toplardan, minaatanlardan, iriçaplı pulemyotlardan güclü atəşə tutulmuşdur. Bir nəfər əsgərimiz yaralanıb.

LAÇIN

İyulun 30-na keçən gecə Səfiyan və Güləbird kəndləri ermənilər işğal etdiyi yaşayış məntəqələrindən müxtəlif təyinatlı silahlardan atəşə tutulmuşdur. Təlafat yoxdur.

NAXÇIVAN

İyulun 30-na keçən gecə Sədərək qəsəbəsi Ermənistan ərazisindən atəşə tutulub. Təlafat yoxdur.
Qazax, Tovuz, Ağstafa, Qubadlı, Gədəbəy və Füzuli bölgələrində sakitlikdir.