Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 İyul 1992 10:01

Müdafiə Nazirliyinin məlumatı

Ermənilərin Ağdərənin bir neçə kəndlərini zəbt etməsinə baxmayaraq, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri onlara tutduqları mövqelərdə möhkəmlənməyə imkan vermir, daima artilleriya atəşi altında saxlayırlar. Hazırda Yuxarı Qarabağın Ağdərə bölgəsində şiddətli döyüşlər gedir.
İyulun 30-na keçən gecə Ağdam rayonunun Abdal, Gülablı, Əhmədavar, Çuxurməhlə kəndləri Yuxarı Qarabağın ermənilər yaşayan Təkil, Miri və Xanabad kəndləri istiqamətindən müxtəlif təyinatlı silahlardan atəşə tutulub. Daşbaşı və Sur kəndləri keçmiş Hadrut rayonu ərazisindən atəşə tutulub. Düşmənə cavab atəşi açılıb.
İyulun 30-na keçən gecə sərhəd bölgələrində vəziyyət nisbətən sakit olub. Laçının Səfiyan və Güləbird kəndləri, Zəngilan rayonunun Şükürataz və Yuxarı Yeməzli kəndləri, Naxçıvan Muxtar Respublikasının Sədərək qəsəbəsi Ermənistan ərazisindən top, minaatanlardan və iriçaplı pulemyotlardan atəşə tutulub. Bütün hallarda düşmənə layiqli cavab verilib.