Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 İyul 1992 10:00

Müdafiə Nazirliyinin məlumatı

Yuxarı Qarabağın Ağdərə bölgəsində məğlubiyyətə uğrayan düşmən qüvvələri necə olursa olsun hərbi üstünlüyü ələ keçirməyə çalışır. Azərbaycan Silahlı Qüvvələri düşmənin bütün cəhdlərinin qarşısını alır. İyulun 28-də erməni ekspedisiya korpusunun hissələri Möhrətaq kəndinə hücuma keçiblər. İyulun 29-da isə Kasapet və Maqavuz kəndlərinə hücuma keçiblər. Hazırda Kasapet, Möhrətaq və Maqavuz ətrafında ağır döyüşlər gedir. Ağdərə bölgəsindən məlumatla sizi axşam tanış edəcəyik.
İyulun 28-də saat 17:19 radələrində Əsgəran-Xanabad istiqamətindən Ağdam şəhəri, Çuxurməhlə və Xıdırlı kəndləri, Yenikənd və Təkir istiqamətindən isə Gülablı kəndi müxtəlif təyinatlı silahlardan atəşə tutulub. Təlafat yoxdur. İyulun 29-na keçən gecə Füzuli şəhəri, Qaradağlı və Gorazir kəndləri “Qrad” tipli qurğulardan, top və tanklardan atəşə tutulub. Bir qadın həlak olub, dörd nəfər yaralanıb. Cəbrayıl rayonunun Sur və Daşbaşı kəndləri Hadrut rayonundan müxtəlif silahlardan atəşə tutulub. Təlafat yoxdur. İyulun 28-də günortadan sonra Naxçıvan Muxtar Respublikasının Sədərək qəsəbəsi güclü atəşə tutulub. Dağıntılar var. Hazırda atışmalar davam edir. Şahbuz rayonunun Batabat postu və Şərur rayonunun Cağazur postu atəşə tutulub, 7 nəfər yaralanıb.
Qazax, Gədəbəy, Tovuz, Zəngilan, Qubadlı, Kəlbəcər bölgələrində nisbi sakitlik olub.