AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Qarabağ bölgəsində vəziyyət gərgin olaraq qalır.
QUBADLIDünən saat 20:00-22:00-a qədər Qubadlı rayonu Ermənistanın Qafan ərazisindən Zeyvə və Qızıldaş kəndlərindən artilleriya və raket atəşinə məruz qalmışdır.
TOVUZİyulun 1-nə keçən gecə saat 1-dək rayonun Əlibəyli, Ağdam kəndləri Ermənistanın Şəmşəddin rayonu ərazisindən avtomat silahlardan ara-sıra atəşə tutulmuşdur.
Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Yuxarı Qarabağ bölgəsini düşmənlərdən təmizləməkdə davam edirlər.