TOVUZ
İyulun 1-nə keçən gecə saat 1-dək rayonun Əlibəyli, Ağdam kəndləri Ermənistanın Şəmşəddin rayonu ərazisindən avtomat silahlardan ara-sıra atəşə tutulmuşdur. Tələfat olmamışdır.
GƏDƏBƏY
İyulun 1-nə keçən gecə saat 1-dək Mutudərə və Göyəli kəndləri Krasnoselk rayonu tərəfdən avtomat və pulemyotlardan atəşə tutulmuşdur.
Rayonun Ermənistanla sərhəd zonasında və Başkənddə vəziyyət gərgin olaraq qalır. Ermənistanın Krasnoselk rayonu ərazisində düşmənin canlı qüvvəsinin və texnikasının cəmlənməsi müşahidə olunur. Əsasən Moramor, Mutudərə, Göyəli və Qaravəllər istiqamətində.
QUBADLI – LAÇIN
İyunun 30-u bütün günü və iyulun 1-nə keçən gecə səhərədək Qubadlı və Laçının Ermənistanla sərhəd kəndləri atəşə məruz qalmışdır. Döyüşlər vaxtı Azərbaycan Silahlı Qüvvələrinin iki əsgəri həlak olmuş və yaralananlar var. Bütün istiqamətlərdə düşmənə cavab atəşi açılmışdır. Ermənilərin bir neçə atəş nöqtəsi susdurulmuşdur.
CƏBRAYIL
İyunun 30-da saat 20:00-dan başlayaraq rayonun Süleymanlı kəndi, keçmiş Hadrut rayonun ermənilər yaşayan kəndləri istiqamətində PDM-dən atəşə tutulmuşdur. Azərbaycan Silahlı Qüvvələri tutduqları mövqeləri möhkəmləndirirlər.
ZƏNGİLAN
İyunun 30-da saat 21:00-dan 21:30-dək rayonun İsgəndərbəyli və Ağbis kəndləri Ermənistanın Qafan rayonu ərazisindən iriçaplı pulemyotlardan və avtomatlardan atəşə tutulmuşdur.
İyulun 1-nə keçən gecə rayonun Şayıflı kəndi top atəşinə tutulub. Təlafat olmamışdır.