Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 İyul 1992 16:00

Müdafiə Nazirliyinin məlumatı

AĞDƏRƏ

Ermənilər Möhrətaq kəndinə hücuma keçiblər. Düşmənin 2 tankı yandırılıb. Xeyli canlı qüvvəsi məhv edilib. Kəndin müdafiəçilərindən iki nəfər həlak olub, 7 nəfər yaralanıb. Döyüş davam edir.
Kasapet istiqamətində də atışmalar gedir.

QAZAX

İyulun 27-də saat 13-14 radələrində ermənilər UAZ markalı maşında sərhədimizi keçib İşıqlı kəndini atəşə tutublar. Cavab atəşi ilə Uaz içindəkilər ilə birlikdə partladılıb. Saat 18:00 radələrində başlayan atışmada isə düşmənlərdən 9 nəfəri öldürülüb. Döyüşçülərimizdən bir nəfər həlak olub.
Bu gün nisbi sakitlik olub.

TOVUZ

Dünən saat 22:50-dən başlayaraq rayonun Əlibəyli və Ağdam  kəndləri Ermənistan ərazisindən atəşə tutulub. Cavab atəşi ilə düşmənin çoxlu canlı qüvvəsi məhv edilib. Biz tərəfdən təlafat yoxdur.
Bu gün isə sakitlik olmuşdur.

NAXÇIVAN

İyulun 27-də axşamüstü Sədərək qəsəbəsi və Şahbuz rayonunun Şada kəndi Ermənistan ərazisindən atəşə tutulub. Sədərək qəsəbəsində bir nəfər həlak olub, 2 nəfər yaralanıb.
Bu gün saat 09:30-dan başlayaraq Sədərək yenidən atəşə tutulub. 5 nəfər yaralanıb (biri qadındır). Atışma davam edir.

LAÇIN

Bu gün günortadan sonra rayonun Səfiyan kəndi PDM, top və minaatanlardan güclü atəşə məruz qalmışdır. Cavab atəşi ilə düşmən susdurulub. Bir nəfər döyüşçümüz şəhid olub, 2 nəfər isə yaralanıb.
Ağdam, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Kəlbəcər və Gədəbəy bölgələrində nisbi sakitlik olmuşdur.