AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
FÜZULİİyulun 17-nə keçən gecə saat 2-dək Füzuli rayonu və orada olan Azərbaycan Ordusunun postları keçmiş Hadrut rayonunun ərazisindən toplardan və “Qrad” tipli qurğulardan atəşə tutulmuşdur.
Azərbaycan Ordusunun sarsıdıcı zərbəsindən çaş-baş qalan erməni silahlı qüvvələri hərbi müvazinatını düzəltməyə can atır.
Yuxarı Qarabağın şimalında məğlubiyyətə uğrayan düşmən qüvvələri Ağdərə bölgəsində fəallığa can atır.
AĞDƏRƏDünən saat 18:15-də ermənilər Vaquazdan Qozlu (Ketavan) kəndinə hücuma keçməyə cəhd göstərmişlər.
Dövlət sərhədlərimiz Ermənistan tərəfindən yenidən pozulub.
ZƏNGİLANİyulun 14-də saat 22:00-dan 23:00-dək rayonun Seyidlər kəndi Ermənistanın Qafan rayonu, Vejnəli kəndi isə Mehri istiqamətindən müxtəlif təyinatlı silahlardan atəşə tutulmuşdur.
Düşmən qüvvələri hərbi üstünlüyü itirdikdən sonra fəallığa can atırlar.
ZƏNGİLANGün ərzində rayonun Yuxarı Yeməzli, Qazançı, Seyidlər, Şərikan kəndləri Ermənistanın Qafan rayonu ərazisindən toplardan ara-sıra atəşə tutulur.
TƏRTƏRAğdərə istiqamətində dəyişiklik olmayıb.
Ağdam bölgəsində gərginlik davam edir.