Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 İyul 1992 00:00

Müdafiə Nazirliyinin məlumatı

ZƏNGİLAN

İyulun 14-də saat 22:00-dan 23:00-dək rayonun Seyidlər kəndi Ermənistanın Qafan rayonu, Vejnəli kəndi isə Mehri istiqamətindən müxtəlif təyinatlı silahlardan atəşə tutulmuşdur. Tələfat olmamışdır.

NAXÇIVAN

İyulun 15-nə keçən gecə səhərədək rayonun Sədərək qəsəbəsi Ermənistanın ərazisindən ara-sıra atəşə tutulmuşdur.

AĞDAM

İyulun 14-də axşam saat 18:00-dan 20:00-a qədər rayonun Qalayçılar kəndi Ağdərə rayonun Kiçan kəndi istiqamətindən “Qrad” tipli qurğulardan atəşə tutulmuşdur. Təlafat yoxdur.

GƏDƏBƏY

İyulun 15-nə keçən gecə İvanovka kəndi Başkənd istiqamətindən avtomat silahlardan atəşə tutulmuşdur. Təlafat olmamışdır.

AĞDƏRƏ

İyulun 15-nə keçən gecə Ketavan kəndinə Vaquaz yaşayış məntəqəsindən müxtəlif təyinatlı silahlardan atəş açılıb. Bir nəfər döyüşçümüz qəhrəmancasına həlak olub. Hal-hazırda döyüş gedir. Düşmən tərəfi itki verir.

Füzuli, Cəbrayıl, Tərtər, Qazax, Tovuz sakitlikdir.