Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 İyul 1992 00:00

Müdafiə Nazirliyinin məlumatı

FÜZULİ

İyulun 17-nə keçən gecə saat 2-dək Füzuli rayonu və orada olan Azərbaycan Ordusunun postları keçmiş Hadrut rayonunun ərazisindən toplardan və “Qrad” tipli qurğulardan atəşə tutulmuşdur. Şəhərə 30-a yaxın mərmi düşmüşdür. Cavab atəşi ilə düşmənin 2 “Qrad” qurğusu məhv edilmişdir.

CƏBRAYIL

İyulun 1-nə keçən gecə saat 2-dək Qışlaq və Sur kəndləri Hadrut rayonunun Şaqax kəndi istiqamətindən toplardan və avtomatik silahlardan atəşə tutulub. Qışlaq kəndinə 6 ədəd mərmi düşmüşdür.

ZƏNGİLAN

İyulun 1-nə keçən gecə Ermənistanın Qafan rayonu ərazisindən avtomatlardan və pulemyotlardan  atəşə tutulub. 2 nəfər yaralanıb.

KƏLBƏCƏR

İyulun 16-sı bütün günü və 17-nə keçən gecə səhərədək Vaquaz uğrunda şiddətli döyüşlər davam edib. Bu döyüşdə Milli Ordunun 7 əsgəri qəhrəmancasına şəhid olub. (Qocamanov Tofiq Əsədxan oğlu, İbrahimov Mahmud Qələndər oğlu, Baratov Müslüm Ağahəsən oğlu, Səfərov Mehman Məmmədağa oğlu, Köçərli Yalçın Rafiq oğlu, Əhmədov Ayaz Əhməd oğlu, Xalidov Fuad Faiq oğlu). Döyüş zamanı 27 erməni qulduru məhv edilmiş, 1 nəfər əsir götürülmüşdür.
Hal-hazırda Vaquaz uğrunda qızğın döyüşlər davam edir.

NAXÇIVAN

Culfa rayonunun Ərəfsər və Ləkətağ istiqamətində çoxlu canlı qüvvə toplayan erməni tərəfi rayonun sərhəd kəndlərini atəşə tuturlar. İyulun 16-dan başlayan döyüşlər nəticəsində Ərəfsər və Ləkətağ istiqamətindəki yüksəkliklər düşmənin əlinə keçmişdir.  Bir əsgərimiz yaralanmışdır.

Ağdam, Qubadlı, Tərtər, Qazax, Tovuz və Gədəbəy bölgələrində sakitlik olmuşdur.