Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 İyul 1992 00:00

Müdafiə Nazirliyinin məlumatı

Düşmən qüvvələri hərbi üstünlüyü itirdikdən sonra fəallığa can atırlar. Cəbhə boyu vəziyyət gərgin olaraq qalır. Erməni ekspedisiya korpusunun qüvvələri iyulun 14-nə keçən gecə Ağdərə rayonunun Canyataq, Gülyataq, Kasapet və Ketavan kəndlərini yenidən işğal etmək məqsədilə toplardan və minaatanlardan atəşə tutublar. Cavab atəşi ilə düşmənin hücumu dəf edilib, erməni qüvvələri itki verərək geri çəkiliblər.
Yuxarı Qarabağın cənub hissəsində də döyüşlər gedir. İyulun 1-nə keçən gecə səhərədək Füzuli rayonunun Qoçəhmədli, Divanallar, Novruzlar, Cəbrayıl rayonunun Süleymanlı, Qışlaq, Sur kəndləri keşmiş Hadrut rayonunun ərazisindən toplardan, “Qrad” tipli qurğulardan, iriçaplı pulemyotlardan atəşə tutulub.
Azərbaycan Ordusunun Füzuli bölmələri düşmənə tutarlı cavab verərək bir topunu vurub dağıtmışdır. İyulun 14-də səhər saat 5-dən başlayaraq Ağdam rayonunun Abdal, Gülablı kəndləri, Xocavənd rayonunun Təkil və Miri kəndlərindən atəşə tutulub. Cavab atəşi ilə düşmən susdurulub. Ermənistan respublikası Azərbaycana qarşı sərhəd bölgələrində təcavüz siyasətini davam etdirir. İyulun 13-də saat 15-də Laçının Güləbird kəndi erməni silahlı qüvvələri tərəfindən PDM-dən və minaatanlardan atəşə tutulub. İyulun 14-nə keçən gecə saat 20-dən səhər saat 4-dək düşmən qüvvələri Laçının Səfiyan  və Fərəcan kəndlərinə etdiyi Mazutlu, Xanallar və Tərxanlı istiqamətindən hücuma keçiblər. Hücum dəf edildikdən sonra düşmən qüvvələr öz mövqelərindən həmin kəndləri minaatanlardan və PDM-dən atəşə tutublar. Döyüş nəticəsində Azərbaycan Milli Ordusunun 3 əsgəri (Mehman Quliyev, Rahib Tağıyev və Nəbi İsmayılov) qəhrəmancasına həlak olublar, bir döyüşçümüz yaralanıb. Düşmən layiqli cavab alaraq xeyli itki verib. Zəngilanın Şayıflı, Yuxarı Yeməzli kəndləri, Naxçıvan Muxtar Resbublikası Şahbuz rayonunun Şada kəndi və Sədərək qəsəbəsi Ermənistan ərazisindən ara-sıra atəşə tutulur. Şaya kəndində Milli Ordunun bir əsgəri yaralanıb.
Qazax, Tovuz, Tərtər, Kəlbəcər və Gədəbəy bölgələrində nisbi sakitlikdir.