Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 İyul 1992 00:00

Müdafiə Nazirliyinin məlumatı

TƏRTƏR

Ağdərə istiqamətində dəyişiklik olmayıb. Düşməndən azad edilmiş yaşayış məntəqələrinə Azərbaycan Ordusu nəzarət edir.
Keçən gecə Azərbaycan Ordusunun rayon ərazisindəki mövqeləri ermənilər cəmləşən Drmbon kəndi tərəfdən ara-sıra top atəşinə tutulmuşdur.

AĞDAM

İyulun 13-də saat 04:30-dan başlayaraq Ağdam şəhəri Fərrux kəndi ərazisindən “Qrad” tipli qurğulardan və toplardan atəşə tutulmuşdur.
Dünən Azərbaycan Ordusunun bölmələri düşmənin Xanabad yaxınlığındakı bir tankın və iki piyadanın döyüş maşınını sıradan çıxarıb.

FÜZULİ

İyulun 12-də saat 19:30-dan 20:00-dək Cuvarlı kəndi keşmiş Hadrut rayonunun Ağbulaq və Çartaz kəndləri ərazisindən toplardan atəşə tutulmuşdur.

ZƏNGİLAN

İyulun 12-də saat 20:00-dan başlayaraq Günqışlaq, Seyidlər,Yeməzli və Qazançı kəndi Ermənistanın Qafan rayonu ərazisindən toplardan atəşə tutulmuşdur.
Ermənistanın Mehri rayonunun Zəngilanla sərhəd yaşayış məntəqələrində düşmənin canlı qüvvəsi və texnikasının cəmləşməsi müşahidə olunur.

QUBADLI

İyulun 12-də saat 18:00-da rayonun Yuxarı Cibikli kəndi Gorus rayonu ərazisindən ara-sıra atəşə tutulmuşdur.

KƏLBƏCƏR

İyulun 13-nə keçən gecə Ketavan kəndi ermənilərin məskunlaşdığı Ağdərə rayonunun Arutyunoqomer kəndi səmtindən müxtəlif təyinatlı silahlardan  atəşə tutulmuşdur. Düşmənə cavab atəşi açılmış və o xeyli itki verərək geri çəkilmişdir.


GƏDƏBƏY

İyulun 13-nə keçən gecə rayonun Ermənistanla həmsərhəd kəndləri ara-sıra avtomat və pulemyotlardan atəşə tutulmuşdur.


TOVUZ

İyulun 12-də saat 18:00-dan 21:00-dək Əlibəyli kəndi Ermənistanın Berd rayonu ərazisindən avtomatlardan atəşə tutulmuşdur.


NAXÇIVAN

İyulun 13-nə keçən gecə Sədərək qəsəbəsi və Şahbuz rayonunun Şada kəndi Ermənistan ərazisindən atəşə tutulmuşdur.