Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 İyul 1992 10:01

Müdafiə Nazirliyinin məlumatı

Yuxarı Qarabağın şimalında məğlubiyyətə uğrayan düşmən qüvvələri Ağdərə bölgəsində fəallığa can atır. İyulun 16-na keçən gecə 2-dək Canyataq və Gülyataq kəndlərindəki mövqelərimiz erməni quldurlarının yuva saldığı Drmbon və Kiçan istiqamətlərindən toplardan, minaatanlardan atəşə tutulub.
İyulun 15-də mövqelərimiz Drmbon və Artyunoqomerdən müxtəlif təyinatlı silahlardan atəşə tutulub. Eyni vaxtda düşmən qüvvələri Vaquaz istiqamətlərindən mövqelərimizə hücuma keçiblər. Azərbaycan Silahlı Qüvvələri hücumu dəf edib əks-hücuma keçiblər. Hal-hazırda Vaquazda döyüşlər gedir. İtkilərimiz dəqiqləşdirilir.
İyulun 16-na keçən gecə Füzuli rayonunun Cuvarlı, Cəbrayıl rayonunu Sur kəndi keçmiş Hadrut rayonundan atəşə tutulub. Bir nəfər yaralanıb.
İyulun 15-i saat 14-16 radələrində Füzuli şəhəri “Alazan” raketlərindən atəşə tutulub. Eyni vaxtda Ağdam rayonunun Mərzili, Şelli, Çuxurməhəllə kəndləri atəşə tutulub.
Qazax, Gədəbəy bölgələrində nisbi sakitlik olub. Zəngilan, Qubadlı, Naxçıvan Muxtar Respublikasının sərhəd kəndləri Ermənistandan ara-sıra atəşə tutulub.