İyulun 6-na keçən gecə döyüşçülərimiz Ağdərə rayonunun daha iki kəndini, Umudlu və İmarət Qərvəndi düşməndən təmizləmişlər. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Xankəndi istiqamətində irəliləyirlər. Düşmən təqib olunur.
Ağdərə ərazisindən sıxışdırılıb çıxarılan Ermənistan ekspedisiya korpusunun qüvvələri Kətik – Əsgəran istiqamətində cəmləşirlər.
Döyüşçülərimiz Naxçıvanik kəndindəki müdafiə yerlərini dəyişərək etibarlı mövqe seçiblər. Düşmənin cəbhə xətti boyunca hərəkətləri müşahidə edilir.
Hadrut-Şayax istiqamətində sakitlikdir. Milli Ordunun bölmələri öz mövqelərində möhkəmlənirlər.
İyulun 6-na keçən gecə Qazax, Tovuz və Zəngilan rayonlarının sərhəd kəndləri Ermənistan ərazisindən atəşə tutulub. Bütün cəbhə boyu düşmənin döyüş mövqelərinə cavab atəşi açılmışdır.
ELAN
Batalyon komandiri Ramiz Məmmədov Bakıda, Sumqayıtda və o biri rayonlarda olan əsgərlərin sabah 07.07.1992-ci il saat 08:30-da Səbail rayonunun hərbi komissarlığı qabağında gözləyir.