AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Ağdərə istiqamətində bu gün döyüş əməliyyatlarını genişləndiriblər.
QAZAXİyulun 3-nə keçən gecə rayonun Ermənistanla həmsərhəd kəndləri müxtəlif təyinatlı silahlardan atəşə tutulmuşdur.
Qarabağ bölgəsində vəziyyət gərgin olaraq qalır.
QUBADLIDünən saat 20:00-22:00-a qədər Qubadlı rayonu Ermənistanın Qafan ərazisindən Zeyvə və Qızıldaş kəndlərindən artilleriya və raket atəşinə məruz qalmışdır.
TOVUZİyulun 1-nə keçən gecə saat 1-dək rayonun Əlibəyli, Ağdam kəndləri Ermənistanın Şəmşəddin rayonu ərazisindən avtomat silahlardan ara-sıra atəşə tutulmuşdur.
Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Yuxarı Qarabağ bölgəsini düşmənlərdən təmizləməkdə davam edirlər.
Qazax Dünən gün ərzində və iyunun 30-na keçən gecə saat 2:00-dək Qızıl-Hacılı və Quşçu-Ayrım kəndləri Ermənistan ərazisindən atəşə tutulmuşdur.
Yuxarı Qarabağ bölgəsində vəziyyət gərgin olaraq qalır.
Qazax İyunun 28-dən 29-na keçən gecə Xanlıqlar, Cəfərli, Quşçu-Ayrım, Qızıl-Hacılı kəndləri Ermənistan ərazisindən müxtəlif təyinatlı silahlardan atəşə tutulmuşdur.
Yuxarı Qarabağ bölgəsində döyüşlər davam edir.