Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Sentyabr 1992 10:01

Müdafiə Nazirliyinin məlumatı

QAZAX: Sakitlikdir.

AĞSTAFA: Sakitlikdir.

TOVUZ: Sakitlikdir.

GƏDƏBƏY: Dünən Mormor, İvanovka (burada meşəyə düşüb) müxtəlif silahlardan atəşə tutulub. Səhər Mutudərəyə atıblar. Dünən 3-4 nəfər minaya düşüb həlak olub.

ZƏNGİLAN:
Gecə 12-ə qədər atışma olub. İndi nisbi sakitlikdir.

NAXÇIVAN: Sədərəkdə gedən döyüşlər zamanı srağagün 5, dünən 2 nəfər həlak olub. Şahbuz rayonu Ermənistanın Vayk rayonundan atəşə tutulub.

CƏBRAYIL: Sakitlikdir.

KƏLBƏCƏR: Dünən Hocaz uğrunda döyüşlər gedib.

FÜZULİ: Sakitlikdir.

QUBADLI: Dəyişiklik yoxdur.

AĞDAM: Dünən axşam Əliağalı kəndi Xanabad-Fərrux istiqamətindən, Xramort kəndi Əsgərandan Qrad qurğularından, Şelli Əsgərandan, Bağbanlar Qarakənddən atəşə tutulub. Bağbanlarda və Əliağalıda dağıntı var. Hazırda nisbi sakitlikdir.