Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Sentyabr 1992 10:00

Müdafiə Nazirliyinin məlumatı

Ağdam bölgəsində cəbhə boyu mövqe döyüşləri gedir. Ötən gecə nisbi sakit keçib. Hal-hazırda bizim döyüşçülərimiz öz mövqelərində möhkəm dayanıblar.
Ağdərə bölgəsində vəziyyət dəyişməyib. Çıldıran ətrafında mövqe döyüşləri davam edir.
Sentyabrın 17-də saat 17:00-dan 24:00-a qədər Zəngilan rayonunun bütün sərhəd boyu kəndləri, Vejnəli, Ağbənd, Qazançı, Seyidlər, Şükürataz, Yuxarı Yeməzli kəndləri çeşidli silahlardan güclü atəşə tutulub. Vejnəli kəndində bir nəfər şəhid olub, 6 nəfər yaralanıb. Qazançıda 1 nəfər həlak olub. Düşmən cavab atəşilə susdurulub.
Tovuz rayonunun Əsrik, Şıxheybət kəndləri və Naxçıvan MR-nın Gərməçataq, Batabat məntəqələri və Sədərək qəsəbəsi də atəşə tutulub.
Qazax, Ağstafa, Gədəbəy, Kəlbəcər, Füzuli, Cəbrayıl, Qubadlı rayonlarında nisbi sakitlikdir.