AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
İyulun 5-nə keçən gecə Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Ağdərə (keçmiş Mardakert) şəhəri üzərinə müzəffər yürüş etmişdir.
TOVUZİyulun 5-nə keçən gecə səhərədək rayonun Ağdam, Həsənli və Muncuqlu kəndləri Ermənistanın Berd rayonu ərazisindən atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələrinin bölmələri bu gün Ağdərə istiqamətində uğurlu döyüş əməliyyatları keçiriblər.
QAZAXSakitlikdir.
QUBADLIİyulun 3-də saat 13-dən başlayaraq rayonun Novlu kəndi Ermənistanın Gorus rayonu ərazisindən top atəşinə tutlmuşdur.
Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Ağdərə istiqamətində bu gün döyüş əməliyyatlarını genişləndiriblər.
QAZAXİyulun 3-nə keçən gecə rayonun Ermənistanla həmsərhəd kəndləri müxtəlif təyinatlı silahlardan atəşə tutulmuşdur.
Qarabağ bölgəsində vəziyyət gərgin olaraq qalır.
QUBADLIDünən saat 20:00-22:00-a qədər Qubadlı rayonu Ermənistanın Qafan ərazisindən Zeyvə və Qızıldaş kəndlərindən artilleriya və raket atəşinə məruz qalmışdır.
TOVUZİyulun 1-nə keçən gecə saat 1-dək rayonun Əlibəyli, Ağdam kəndləri Ermənistanın Şəmşəddin rayonu ərazisindən avtomat silahlardan ara-sıra atəşə tutulmuşdur.