AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Yuxarı Qarabağ bölgəsində davam etdirilən döyüş əməliyyatlarını genişləndirmişlər.
Füzuli İyunun 22-də axşamüstü saat 17-18 arasında Füzuli rayonu Ağbulaq-Xırmancıq istiqamətindən müxtəlif təyinatlı silahlardan atəşə tutulub.
Gədəbəy Dünən saat 20:00-dan başlayaraq rayonun Şınıx zonası Ermənistanın Krasnoselsk ərazisindən atəşə tutulmuşdur.
Qazax İyunun 21-də rayon ərazisində sakitlik olmuşdur.
Döyüşlərin getdiyi Qarabağ bölgəsində, xüsusilə Ağdam bölgəsində vəziyyət birdən-birə gərginləşmişdir.
Yuxarı Qarabağ cəbhəsində vəziyyət gərgin olaraq qalır.
Ağdam Baş leytenant Rəsulovun verdiyi məlumata görə 4 gündür ki, Qaralar kəndi uğrunda döyüşlər gedir.
Naxçıvan İyunun 20-də Muxtar Respublikanın Sədərək, Batabat, Gərməçataq, Şada, Aşağı və Yuxarı Buzqov yaşayış məntəqələri Ermənistan ərazisindən avtomat, pulemyot və minaatanlardan atəşə tutulmuşdur.
İyunun 19-dan 20-nə keçən gecə və bu gün cəbhə xəttində vəziyyət dəyişməmişdir.
Zəngilan İyunun 19-da gündüz saat 12-dən gecə 22-dək rayonun Vejnəli kəndi Mehri səmtindən müxtəlif fasilələrlə minaatanlardan, PDM-lərdən, top və qumbaraatanlardan atəşə tutulub.