AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Sentyabrın 16-dan 17-nə keçən gecə döyüş bölgələrində o biri günlərə nisbətən sakit keçib. Ağdam, Gədəbəy, Qubadlı rayonlarında ara-sıra atışmalar qeyd olunub.
Ağdərə rayonunda Çıldıran ətrafında döyüşlər davam edir. Naxçıvan MR-da gecə saat 24-dən başlayaraq Babək rayonunun Gərməçataq müdafiə postu hərbi texnika və ağır silahlardan atəşə tutulub.
Qazax, Tovuz, Ağstafa, Zəngilan, Cəbrayıl, Füzuli rayonlarında gecə nisbi sakit keçib.