Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Sentyabr 1992 17:00

Müdafiə Nazirliyinin məlumatı

Sentyabrın 17-nə keçən gecə  və bu gün ərzində döyüş zonalarında  vəziyyət əsasən dəyişməmişdi. Ağdam cəbhəsi boyu mövqe döyüşləri gedir. Ağdərə rayonunda Çıldıran ətrafında döyüşlər davam edir. Füzuli bölgəsində yerləşən bölmələrimiz keçmiş Hadrut rayonunun Düdükçü və Edilli kəndlərindəki mövqelərdən düşmən tərəfindən açılan atəşə cavab olaraq bu istiqamətdə ermənilərin 1 “Qrad” qurğusunu məhv ediblər. Topçularımızın sərrast atəşilə Xocavənd rayonunda düşmənin 1 PDM-i sıradan çıxarılıb.
Ötən gecə Naxçıvan MR-nın Babək rayonu Gərməçataq müdafiə məntəqəsi Ermənistan ərazisindən ağır silahlardan atəşə tutulub. Sentyabrın 17-si gün ərzində Laçının Səfiyan, Zəngilanın Seyidlər, Qazançı və Yuxarı Yeməzli kəndləri toplardan atəşə tutulub.
Digər döyüş bölgələrində nisbi sakitlik olub.