AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Qubadlı:
Qarabağ ərazisində döyüşlər Milli Ordumuzun üstünlüyü ilə davam edir.
TOVUZ:
Başkənddə məğlubiyyətə uğrayan düşmən Azərbaycan Ermənistan sərhədindəki əllərində qalan yeganə yüksəklikdən öz mövqeyini möhkəmləndirməyə çalışır.
Ağdərə Bü gün Ağdərə rayonunun daha iki kəndi – Dəmirli və Kasapet kəndləri erməni yaraqlılarından təmizlənmişdir.
Kəlbəcər Avqustun 12-dəki döyüşlərdə ermənilərin 2 tankı, 4 PDM-i döyüşçülərimizin əlinə keçib.
Ağstafa Gecədən səhər saat 5-dək olan döyüşlərdən sonra Qanlıdərə ətrafı tamamilə döyüşçülərimizin əlinə keçmişdir.
Artilleriyamızın sərrast atəşləri ilə düşmənin bir sıra atəş nöqtələri dağıdıldıqdan sonra Qazax, Ağstafa, Tovuz bölgələrində döyüşlər ara verib.
Tərtər Metşen və Möhrətaq kəndi ətrafında hal-hazırda şiddətli döyüşlər gedir.
Qazax Səhər saat 8-dən başlayaraq təxminən 2 saat ərzində rayon mərkəzi Ermənistanın İcevan rayonu ərazisindən toplardan, “Qrad” qurğularından və PDM-lərdən intensiv atəşə tutulmuşdur.