Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Sentyabr 1992 10:02

Müdafiə Nazirliyinin məlumatı

TOVUZ

Sentyabrın 8-nə keçən gecə Muncuqlu kəndi Ermənistan ərazisindən atəşə tutulmuşdur. Cavab atəşi ilə düşmən susdurulmuşdur.

GƏDƏBƏY

Sentyabrın 7-də səhər saat 16:30-dək davam edən atəşlərdən sonra erməni bölmələri  İvanovka kəndində fermaya hücuma keçib, iki nəfər dinc sakinimiz öldürülmüşdür. Cavab atəşindən sonra ermənilər geri çəkilməyə məcbur olublar. Bir yaralı erməni qospitala aparılarkən ölmüşdür. 809 nömrəli vəsiqəsi, 1965-ci il təvəllüdlü Zaxaryan Monuk Anopoviç, komandirlərdən biri imiş.
 
ZƏNGİLAN

Sentyabrın 8-nə keçən gecə səhərədək Seyidlər, Ağkənd, Qazançı kəndləri Qafan tərəfdən güclü atəşə tutulub.

AĞDAM

 Axşam sentyabrn 7-də bütün mövqelərimiz düşmən tərəfdən güclü atəşə tutulub, sonra ermənilər hücuma keçiblər. Hücum dəf olunub.

FÜZULİ

Gecə saat birdə topçularımız sərrast atəş ilə Martunidə üç hərbi sursat anbarı partladılıb məhv edilmişdir. Sonra daha 20-yə yaxın erməni yaraqlısı məhv edilmişdir.


NAXÇIVAN

Batabat, Sədərək kəndləri gün və gecə ərzində müxtəlif təyinatlı silahlardan ara-sıra atəşə tutulmuşdur.