Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Sentyabr 1992 10:01

Müdafiə Nazirliyinin məlumatı

TOVUZ

Sentyabrın 9-da saat 17:00-19:00-a qədər rayon mərkəzi və Əlibəyli kəndi Şəmşəddin rayonunun Çinar və Moses kəndləri istiqamətindən toplardan atəşə tutulub. İki nəfər həlak olub. 14 nəfər yaralanıb.


AĞSTAFA

Rayonun Köhnə Qışlaq kəndi gecə saat 4-ə qədər Bravanlar istiqamətindən müxtəlif növ silahlardan atəşə tutulub.  4 nəfər yaralanıb. Ara-sıra atışma indi də davam edir.


ZƏNGİLAN

Ötən gecə Qazançı və Seyidlər kəndləri atəşə tutulub. Seyidlər kəndində 1 ev yanıb.


TƏRTƏR

 Çıldıran istiqamətində əməliyyat davam edir. Bizimkilər Çıldırana tam yaxınlaşıblar.


QUBADLI

Laçın istiqamətində hərəkət edən 30 maşından ibarət karvan atəşə tutulduqdan sonra 7 maşın keçə bilmiş, qalanları geri dönüblər.


AĞDAM

Sentyabrın 10-na keçən gecə səhərədək və hal-hazırda bütün cəbhə boyu atışmalar davam edir. Sarıcalı kəndi toplardan güclü atəşə tutulub. Qarakənd istiqamətindən Mərzili kəndi tərəfə güclü top atəşi açılıb. Xanabad yaxınlığında düşmənin 1 tankı və 1 yük maşını məhv edilmişdir.

Qubadlı, Füzuli, Cəbrayıl bölgələrində və Naxçıvan MR-da sakitlikdir.