Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Sentyabr 1992 09:00

Müdafiə Nazirliyinin məlumatı

QAZAX

Sakitlikdir.

AĞSTAFA

Qanlıdərə sahəsi 24:00-02:00 arasında toplardan və yüngül silahlardan atəşə tutulub. 1 ədəd QAZ-66 və 3 erməni məhv etmişik. Tatlı və Köhnə Qışlaq kəndləri  ara-sıra atəşə tutulub.

TOVUZ

23:20-01:00 arası Şıxheybət kəndi avtomat və pulemyotlardan atəşə tutulub. Əlibəyli kəndi arabir atəşə tutulur.


GƏDƏBƏY

Sakitlikdir.

KƏLBƏCƏR

Sakitlikdir.

ZƏNGİLAN

Saat 22:00-dan başlayaraq Kollu, Qazançı, Yuxarı Göyəli, Şükürataz yüksəkliyi və rayon mərkəzi “Qrad”, “Kristal” qurğularından və toplardan atəşə tutulub. Saat 01:00-dək 1 nəfər yaralanıb.

QUBADLI

Laçın istiqamətində hərəkət edən 30 maşından ibarət karvan atəşə tutulduqdan sonra 7 maşın keçə bilmiş, qalanları geri dönüblər.  

TƏRTƏR

 Çıldıran ətrafında döyüşlər gedir.

FÜZULİ

Sakitlikdir.

CƏBRAYIL

24:00-02:00 arası Quşçular postu atəşə tutulub. Zərərçəkən yoxdur.
 

AĞDAM

 Gecə bütün cəbhə boyu məntəqələr artilleriya atəşinə məruz qalıb. Atəş səhər saat 04:00-dək davam edib. Sırxavənd, Çıldıran uğrunda döyüşlər gedir.


NAXÇIVAN

Məlumat yoxdur.