AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ağdam İyunun 26-da saat 20-dən 22-dək ermənilər Kətuk kəndi tərəfdən ordumuzun azad etdiyi Ərənzəmin kəndini PDM və toplardan atəşə tutmuşlar.
Əsgəran və Ağdərə istiqamətində döyüşlər davam edir.
Ermənistan televiziyasının verdiyi məlumata görə:“İyunun 25-də saat 11:00 radələrində Azərbaycan Ordusu bölmələri Leninavandan Çerabert, Karmiravandan isə Kaçavan istiqamətində hərəkət edərək Mardakertə daxil olmağa cəhd göstərmişlər.
Tərtər İyunun 26-na keçən gecə əsgərlərimiz Ağdərə ətrafından geri, Tərtər istiqamətinə tərəf çəkilmişlər.
İyunun 25-dən 26-na keçən gecə Qarabağ bölgəsində vəziyyət xeyli gərginləşmişdir.
Zəngilan İyunun 26-da saat gecə 1 radələrində Seyidlər kəndi Qafan ərazisindən avtomat və pulemyotdan atəşə tutulmuşdur.
Qazax İyunun 24-də saat 13:30-da rayonun Fərəhli, Qızılhacılı və Quşçu Ayrım kəndləri Ermənistan ərazisindən avtomat və pulemyotlardan ara-sıra atəşə tutulub.
Qarabağ cəbhəsində vəziyyət gərgin olaraq qalır.
Tərtər İyunun 24-nə keçən gecə Ağdərənin 1 km-də yerləşən 3№-li sovxoz ətrafında döyüşlər getmişdir.
Yuxarı Qarabağ torpaqlarının düşmənlərdən təmizlənməsi davam edir.