Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Sentyabr 1992 10:00

Müdafiə Nazirliyinin məlumatı

AĞDAM

 Sentyabrın 8-də Ağdam cəbhəsində vəziyyət ağır olaraq qalır. Səhər saat 5-dən Əsgəran-Xanabad istiqamətindən müxtəlif təyinatlı silahlardan atəşə tutulub. Bu gün bütün günü Ağdam cəbhəsinin bütün müdafiə məntəqələri və rayonun Mərzili, Bağbanlar, Muğanlı, Şelli, Əliağalı, Çuxurməhlə kəndləri, Abdal-Gülablı, Naxçıvanik, Pircamal, Xanabad istiqamətindən toplardan və  “Qrad” tipli qurğulardan atəşə tutulub. Yaralılar var. Düşmənin hücum həmlələri dəf olunub.


TƏRTƏR

Çıldıran istiqamətində hücum davam edir.

ZƏNGİLAN

Saat 15:00-dan başlayaraq rayonun Seyidlər, Şükürataz kəndləri Qafan istiqamətindən müxtəlif təyinatlı silahlardan atəşə tutulur.

NAXÇIVAN

Sədərəklə rabitə yoxdur. Saat 2-yə işləmişdən Şərur rayonunun Cağazır məntəqəsi  atəşə tutulub. Saat 16 radələrindən Şahbuz rayonunun Batabat məntəqəsi  yüngül silahlardan və toplardan atəşə tutulur. 1 nəfər yaralanıb.

KƏLBƏCƏR

Vəziyyət dəyişmir.

GƏDƏBƏY

Sərhəd boyu ara-sıra atışmalar davam edir.
 

Tovuz, Qazax, Ağstafa, Qubadlı, Füzuli, Cəbrayıl bölgələrində sakitlikdir.