AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ağdam İyunun 17-nə keçən gecə ermənilər Naxçıvanik, Pircamal, Abdal-Gülablı kəndlərinə hücum ediblər.
Əsgəran və Ağdərə istiqamətində düşmənlərdən azad edilmiş kəndlər Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən müdafiə olunur.
Zəngilan İyunun 17-də saat 11-də erməni yaraqlıları Zəngilan rayonunun Vejnəli və Ağbənd kəndlərinə hücuma keçmişlər.
Naxçıvan İyunun 16-na olan məlumata görə dünən Babək rayonunun Aşağı Buzqov, Yuxarı Buzqov, Gərməçataq kəndləri, Sədərək qəsəbəsi gün ərzində Ermənistan tərəfdən müxtəlif təyinatlı silahlardan atəşə tutulub.
İyunun 15-dən 16-na keçən gecə və bu gün Respublikamızın sərhəd bölgələrində, Qarabağda cəbhədə vəziyyət gərgin olaraq qalmışdır.
Qazax İyunun 14-də səhər saat 6-dan başlayaraq döyüşlər gecə saat 21-dək davam etmişdir.
Bu gün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Goranboy və Ağdam bölmələri döyüş əməliyyatlarını davam etmişdir.
Bu gün düşmənin atdığı snayper gülləsi Yuxarı Qarabağda jurnalist Çingiz Mustafayevi sıramızdan aparmışdır.
İyunun 15-də respublikamızın sərhəd bölgələrində və Yuxarı Qarabağın həndəvərində vəziyyət gərgin olaraq qalır.
İyunun 14-də Respublikamızın sərhəd bölgələrində və Yuxarı Qarabağın həndəvərində vəziyyət gərgin olaraq qalır.