Ağdamda sentyabrın 8-dən 9-na keçən gecə bütün cəbhə boyu yerləşən məntəqələr artilleriya atəşinə məruz qalıb. Atəş səhər saat 04:00-dək davam edib. Bizim döyüşçülərimiz öz mövelərində möhkəm dayanıblar.
Azərbaycan Silahlı Qüvvələrinin Ağdam bölmələri Tərtər bölmələri ilə birgə Ağdərə rayonunda hücum əməliyyatlarını davam etdirirlər. Qubadlıdan xəbər verirlər ki, ermənilər Laçın dəhlizi ilə Qorisdən Xankəndinə bir maşın karvanı keçirtmək istəyiblər. Laçın bölməsində yerləşən bizim Silahlı Qüvvələri karvanı atəşə tutublar. 30 maşından cəmi 7 maşın keçə bilib. Zəngilan rayonunun Kollu, Qazançı, Yuxarı Göyəli, Şükürataz yüksəkliyi, Tovuz rayonunun Şıxheybət və Əlibəyli kəndləri, Ağstafa rayonunun Qanlıdərə sahəsi, Tatlı və Köhnə Qışlaq kəndləri atəşə tutulub. Ağstafa rayonunda yerləşən bizim döyüşçülərimiz cavab atəşilə ermənilərin 1 QAZ-66 və 3 nəfəri məhv ediblər.
Qazax, Gədəbəy, Kəlbəcər, Füzuli rayonlarında nisbi sakitlikdir.