AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Tərtər İyunun 26-na keçən gecə əsgərlərimiz Ağdərə ətrafından geri, Tərtər istiqamətinə tərəf çəkilmişlər.
İyunun 25-dən 26-na keçən gecə Qarabağ bölgəsində vəziyyət xeyli gərginləşmişdir.
Zəngilan İyunun 26-da saat gecə 1 radələrində Seyidlər kəndi Qafan ərazisindən avtomat və pulemyotdan atəşə tutulmuşdur.
Qazax İyunun 24-də saat 13:30-da rayonun Fərəhli, Qızılhacılı və Quşçu Ayrım kəndləri Ermənistan ərazisindən avtomat və pulemyotlardan ara-sıra atəşə tutulub.
Qarabağ cəbhəsində vəziyyət gərgin olaraq qalır.
Tərtər İyunun 24-nə keçən gecə Ağdərənin 1 km-də yerləşən 3№-li sovxoz ətrafında döyüşlər getmişdir.
Yuxarı Qarabağ torpaqlarının düşmənlərdən təmizlənməsi davam edir.
Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Yuxarı Qarabağ bölgəsində davam etdirilən döyüş əməliyyatlarını genişləndirmişlər.
Füzuli İyunun 22-də axşamüstü saat 17-18 arasında Füzuli rayonu Ağbulaq-Xırmancıq istiqamətindən müxtəlif təyinatlı silahlardan atəşə tutulub.
Gədəbəy Dünən saat 20:00-dan başlayaraq rayonun Şınıx zonası Ermənistanın Krasnoselsk ərazisindən atəşə tutulmuşdur.