Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Noyabr 1992 18:00

Müdafiə Nazirliyinin məlumatı

Ötən gecə və bu gün münaqişə bölgələrindəki əməliyyat şəraitində mühüm dəyişiklik olmayıb. Noyabrın 14-də saat 22-24 radələrində Laçın bölgəsinin Güləbird, Qubadlının isə Hat kəndi minomyot və pulemyot atəşinə tutulub. İgid döyüşçülərimiz əks-hücuma keçərək düşmənin atəş nöqtələrini darmadağın ediblər.
Milli Ordumuzun bölmələri ermənilərin Laçın yolu ilə hərəkət edən maşın karvanlarının qarşısını almaq məqsədilə bütün imkanlardan istifadə edirlər. Son günlər ərzində topçularımız düşmənin üç maşın karvanını sərrast top atəşi ilə qismən sıradan çıxarıblar.
Dünən axşam ermənilər Axullu, Edilli və Düdükçü istiqamətindən Füzuli bölgəsindəki gözətçi məntəqələrimizə hücuma keşmişlər. Mətin döyüşçülərimiz artilleriyanın köməyilə düşməni itkiyə məruz qoyaraq geri oturdublar.
Bu gün Füzuli şəhəri eyni istiqamətdən toplardan və “Qrad” qurğularından atəşə tutulub. Cavab atəşi açılıb.
Qarabağın şimalında gərgin döyüşlər davam edir.