Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Noyabr 1992 10:00

Müdafiə Nazirliyinin məlumatı

Artıq ikinci gündür ki, münaqişə bölgələrində, xüsusilə Qarabağ ərazisində mövqe döyüşləri və atışmalar xeyli güclənib. Dünən Qubadlı rayonunun Başarat kəndi ətrafında döyüşlər zamanı əsgərlərimizdən 1 nəfər şəhid olub, 1 nəfər isə yaralanıb. Laçın rayonunun şimal hissəsində artilleriyaçılarımız hücum cəhdi edən düşmənə ağır zərbələr endirmişlər.
Qarabağın ərazisində mövqe döyüşləri əsasən keçmiş Ağdərə rayonunun cənubunda Ağdas cəbhəsinin Fərrux istiqamətində gedir. Ötən gecə ermənilər bu istiqamətlərdə yerləşən mövqelərimizi, habelə Cəbrayıl istiqamətindəki bir sıra postlarımızı atəşə tutublar. Bütün hallarda düşmənə layiqli cavab verilib.
Digər münaqişə bölgələrində nisbi sakitlikdir.