AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ağdam Baş leytenant Rəsulovun verdiyi məlumata görə 4 gündür ki, Qaralar kəndi uğrunda döyüşlər gedir.
Naxçıvan İyunun 20-də Muxtar Respublikanın Sədərək, Batabat, Gərməçataq, Şada, Aşağı və Yuxarı Buzqov yaşayış məntəqələri Ermənistan ərazisindən avtomat, pulemyot və minaatanlardan atəşə tutulmuşdur.
İyunun 19-dan 20-nə keçən gecə və bu gün cəbhə xəttində vəziyyət dəyişməmişdir.
Zəngilan İyunun 19-da gündüz saat 12-dən gecə 22-dək rayonun Vejnəli kəndi Mehri səmtindən müxtəlif fasilələrlə minaatanlardan, PDM-lərdən, top və qumbaraatanlardan atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ bölmələri cəbhə xəttində əvvəlki kimi üstünlüyü öz tərəfində saxlayır.
Gədəbəy Rayonun sərhəd kəndlərində sakitlik olmuşdur.
Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Yuxarı Qarabağ ərazisində düşmənin müqavimətini qırmaqda davam edirlər.
Zəngilan Bu gün Mehri ərazisindən Zəngilan rayonunun Vejnəli kəndi atəşə tutulmuşdur.
Ağdam Azərbaycan Ordusunun Ağdam hissələri tutduğu mövqeləri möhkəmlədib və geriyə bir addım çəkilməyib.
İyunun 17-də saat 16-da Qazaxla İcevan sərhədində yerləşən Dövlət Avtomobil Müfəttişliyi postunda Azərbaycan Respublikasının Müdafiə naziri Rəhim Qazıyevlə Ermənistan Respublikasının Müdafiə naziri Vazqen Sarkisyanın görüşü olmalıydı.