AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
NAXÇIVANİyulun 10-na keçən gecə Sədərək qəsəbəsi Şərurun Yuxarı Yayıcı və Ordubadın Böyük Soyuq məntəqəsi Ermənistanın ərazisindən PDM, ZTR və toplardan atəşə tutlmuşdur.
Münaqişə zonalarında atəşin dayandırlması ilə bağlı danışıqlar gedərkən erməni tərəf bütün cəbhə boyu fəallaşıb.
QAZAXAxşam saat 01:00 – 02:00 radələrində Kəmərli zonasında sərhəd boyunca zirehli texnikanın toplanması davam etmişdir.
Döyüşçülərimiz bu gün Ermənistan ekspedisiya korpusunun Zərdəxaç və Qazançı kəndləri istiqamətində yerləşən qüvvələrini darmadağın ediblər.
ZƏNGİLANİyulun 7-də saat 21:00-dan başlayaraq Şaiqli kəndi Ermənistan ərazisindən top atəşinə tutulmuşdur.
İyulun 6-da axşamüstü Azərbaycan Ordusunun bölmələri hücum əməliyyatlarını davam etdirərək Ağdərə rayonunun daha iki yaşayış məntəqəsi:
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Ermənistan ekspedisiya korpusunun qüvvələrini bir neçə istiqamətdə məğlub edərək, Ağdərə rayonunun Zəylik, Canyataq, Sağ və Sol Gülyataq kəndlərini düşmənlərdən azad etmişlər.
İyulun 6-na keçən gecə döyüşçülərimiz Ağdərə rayonunun daha iki kəndini, Umudlu və İmarət Qərvəndi düşməndən təmizləmişlər.
QAZAXİyulun 6-na keçən gecə Bala Cəfərli, Böyük Cəfərli, Xanlıqlar, Qızılhacılı və Əskipara kəndləri Ermənistan ərazisindən ara-sıra atəşə tutulmuşdur.
İyulun 5-nə keçən gecə Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Ağdərə (keçmiş Mardakert) şəhəri üzərinə müzəffər yürüş etmişdir.