Azərbaycan SQ-ri komandanlığından aldığımız məlumata görə, oktyabrın 5-nə keçən gecə münaqişə bölgələrində sakitlik bərpa olunmamışdır. Ermənistan ordusunun həm sərhəddə, həm də Qarabağın işğal olunmuş bölgələrində yerləşən hissələri mövqelərimizi atəşə tutmaqda davam edirlər.
Ötən gecə Ağstafa rayonunun Poylu məntəqəsi Qanlıqaya istiqamətindən top atəşinə tutulub. Elə bu vaxt Qazax rayonunun ərazisidə atəşə məruz qalıb.
Qarabağda da vəziyyət gərgin olaraq qalır. Oktyabrın 5-nə keçən gecə Ağdam cəbhəsi boyu mövqelərimiz Ermənistan ekspedisiya korpusunun işğal etdiyi ərazilərdən ara-sıra atəşə tutulub.
Digər münaqişə bölgələrində nisbi sakitlikdir.