Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Oktyabr 1992 08:00

Müdafiə Nazirliyinin məlumatı

Cəbhə xəttindən yenicə aldığımız məlumata görə ordumuzun Laçın və Qubadlı bölgəsindəki bölmələri düşmənin Ermənistan ərazisindən Azərbaycan dövlət sərhədini pozaraq başladığı hücumunun qarşısını alıblar. Erməni ordusunun dünən zəbt etdikləri kəndlərin bəziləri artıq geri alınıb. Döyüşlər davam edir.
Ötən gecə bəzi sərhəd rayonlarımız Ermənistan ərazisindən atəşə məruz qalıb. Gədəbəy rayonunun Mormor kəndi, Qazaxın Fərəhli kəndi, Zəngilan rayonunun Yuxarı Yeməzli, Ağbiz və Qazançı kəndləri müxtəlif təyinatlı silahlardan atəşə tutulub.
Qarabağda vəziyyət gərgin olaraq qalır. Düşmən xüsusilə Füzuli istiqamətindəki mövqelərimizə arası kəsilmədən həmlələr edirlər. Artıq ikinci gündür ki, Qarabağın bu bölgəsində döyüşlər aramsız olaraq davam edir.