Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Oktyabr 1992 08:00

Müdafiə Nazirliyinin məlumatı

Qazax

Sakitlikdir.

Ağstafa

Axşam saat 23-24-də Köhnə Qışlaq kəndinə avtomat və pulemyotlardan Pravakar kəndindən atəş açıblar. Dağıntı və təlafat yoxdur.

Tovuz

Sakitlikdir.

Gədəbəy

 23-24 radələrində yüngül silahlardan İvanovka zonasına atəş açıblar. Dağıntı və təlafat yoxdur.

Qubadlı

Heç bir dəyişiklik yoxdur. Dünən bütün günü səhərdən axşam saat 21:00-dək atışma davam edib. Tex, Karnidzor, Xindzirək kəndlərindən, Muradxanlı, Güləbird, Mazudlu, Manxələf, Qaynı qəsəbəsi və Şurunbalı yüksəkliyi “Qrad”, top, tank və Fətəlipəyə kəndlərindən isə avtomat və pulemyotlardan atəş açılıb. Təlafat yoxdur. Malxələf və Mazutlu kəndlərində dağıntı var.

Zəngilan

Sakitlikdir. Rayonda döyüşə hazırlıq vəziyyəti elan edilib.

Cəbrayıl

Sakitlikdir.

Kəlbəcər

Sakitlikdir.

Füzuli

Sakitlikdir.

Ağdərə

Dünən axşamdan sakitlikdir. Döyüşlər B, A və C kəndlərində gedir. Axşama xoş xəbərlər olacaq.

Ağdam

Bütün cəbhə boyu sakitlik olub. Heç bir dəyişiklik yoxdur. Çuxurməhlə - axşam saat 4-də ermənilər Xramorta hücuma keçiblər. Düşmən geri oturdulub.