Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Oktyabr 1992 10:00

Müdafiə Nazirliyinin məlumatı

Ötən gecə ərzində münaqişə zonalarında mühüm dəyişiklik olmamışdır. Ermənilər əvvəlki kimi bir sıra yaşayış məntəqələrimizi atəşə tutub, imkan tapdıqca mövqelərimizə həmlə edirlər. Azərbaycan Silahlı Qüvvələrinin döyüşçüləri bütün hallarda düşmənə layiqli cavab verirlər.
Dünən bütün günü Laçının azad edilmiş kəndləri Ermənistanın Gorus rayonunun Tex, Karnidzor, Xındzoreks kəndlərindən “Qrad” qurğularından, top və tanklardan, Laçının işğal edilmiş Fətəlipəyə kəndindən isə avtomat və pulemyotlardan atəşə tutulub.
Dünən axşam Ağstafanın Köhnə Qışlaq kəndinə Ermənistanın Paravakar kəndindən avtomat və pulemyotlardan atəş açılıb.
Oktyabrın 6-na keçən gecə Ağdam cəbhəsində yerləşən erməni ekspedisiya korpusunun bölmələri Xramort kəndi istiqamətində mövqelərimizə həmlə ediblər. Döyüşçülərimiz bu həmləni dəf edərək düşməni geri oturdublar.