AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:- Bakı şəhərində NATO-nun Ali Müttəfiq Transformasiya Komandanlığının ekspert qrupu ilə görüşlər (22-24 oktyabr);- İzmir şəhərində (Türkiyə) “Hava döyüşləri üzrə heyətin təlimi” mövzusunda işçi görüşü (23-24 oktyabr) keçirilir.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Ukraynanın müdafiə naziri cənab A.Qritsenkonun dəvətilə oktyabrın 22-də Kiyev şəhərində keçiriləcək cənub-şərqi Avropa ölkələrinin Müdafiə nazirlərinin toplantısında iştirak etmək üçün dünən Kiyev şəhərinə yola düşmüşdür.
Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 21-də saat 17:45-dən 17:50-dək və saat 04:50-dən 04:55-dək Xocavənd rayonunun Kuropatkino kəndində yerləşən mövqelərdən;- saat 18:50-dən 19:00-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;- saat 19:20-dən oktyabrın 22-si saat 02:35-dək fasilələrlə Ağdam rayonunun Yusifcanlı və Cəvahirli kəndlərinin yaxınlığında yerləşən mövqelərdən;- oktyabrın 22-də saat 02:15-dən 02:35-dək Tərtər rayonunun Çiləbürt kəndinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 19-da saat 11:25-dən oktyabrın 20-si saat 00:20-dək fasilələrlə Xocavənd rayonunun Kuropatkino kəndində yerləşən mövqelərdən;- saat 13:30-dan 13:50-dək Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin yaxınlığında yerləşən mövqelərdən;- saat 23:45-dən 23:55-dək Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin yaxınlığında yerləşən mövqelərdən;- oktyabrın 20-də saat 06:10-dan 06:40-dək Ağdam rayonunun Şıxlar və Cəvahirli kəndlərinin yaxınlığında yerləşən mövqelərdən;- saat 06:00-dan 06:20-dək Tərtər rayonunun Çiləbürt kəndinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 18-də saat 17:45-dən oktyabrın 19-u saat 00:40-dək fasilələrlə Ermənistan Respublikası İcevan və Berd rayonlarının Berkaber və Çinari kəndlərindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Qızılhacılı, Tovuz rayonunun Əsrik Cırdaxan və Ağbulaq kəndləri yaxınlığında yerləşən mövqelərini;- saat 22:20-dən 22:40-dək Ağdam rayonunun Şıxlar kəndinin yaxınlığında yerləşən mövqelərdən oktyabrın 19-u saat 04:00-dan 04:05-dək Xocavənd rayonunun Kuropatkino kəndində yerləşən mövqelərdən;- saat 04:30-dan 04:40-dək Tərtər rayonunun Çiləbürt kəndinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 17-də saat 16:20-dən 16:25-dək və saat 18:30-dan 18:45-dək Ermənistan Respublikası İcevan və Berd rayonlarının Berkaber və Çinari kəndlərindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Qızılhacılı və Tovuz rayonunun Əsrik Cırdaxan kəndləri yaxınlığında yerləşən mövqelərini;- saat 16:45-dən oktyabrın 18-i saat 01:30-dək fasilələrlə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı və Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən;- saat 23:50-dən oktyabrın 18-i saat 00:12-dək Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin yaxınlığında yerləşən mövqelərdən;- saat 00:10-dan 00:25-dək Xocavənd rayonunun Kuropatkino kəndində yerləşən mövqelərdən;- saat 05:25-dən 05:35-dək Ağdam rayonunun Şıxlar və Cəvahirli kəndlərinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 16-da saat 09:50-dən 14:10-dək fasilələrlə Xocavənd rayonunun Kuropatkino kəndində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini;- saat 17:50-dən 19:50-dək fasilələrlə Ermənistan Respublikası İcevan və Berd rayonlarının Berkaber və Ayqepar kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Qızılhacılı, Məzəmli və Tovuz rayonunun Əlibəyli kəndləri sahəsində yerləşən mövqelərini;- saat 22:55-dən 23:20-dək və oktyabrın 17-si saat 05:30-dan 05:35-dək Ağdam rayonunun Şıxlar və Cəvahirli kəndlərinin yaxınlığında yerləşən mövqelərdən;- saat 01:10-dan 01:45-dək Tərtər rayonunun Çiləbürt kəndinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
İraqda öz missiyasını həyata keçirən Azərbaycan sülhməramlı bölüyünün komandiri kapitan Nəsimi Cavadov nümunəvi xidmətinə görə bu yaxınlarda “ABŞ Hərbi Dəniz Qüvvələri və Dəniz Piyadalarının Nailiyyət medalı” ilə, bölüyün 6 zabiti, 7 giziri, 2 çavuşu və 7 əsgəri isə İraqdakı Çoxmillətli Qüvvələrin komandanlığı adından Fəxri Fərmanlarla təltif olunmuşlar.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:- Neapol şəhərində (İtaliya) “Mühəndis əməliyyatları” üzrə seminar (15-16 oktyabr) və “Hərbi Dəniz Qüvvələri əməliyyatlarının planlaşdırılması” mövzusunda işçi görüşü (15-18 oktyabr);- Salzburq şəhərində (Avstriya) “Hava hərəkatı” mövzusunda seminar (16-18 oktyabr) keçirilir.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Qırğızıstan Respublikasının müdafiə naziri general-leytenant İsmayıl İsakovun dəvətilə oktyabrın 16-da Bişkek şəhərinə rəsmi səfərə yola düşmüşdür.